Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində cüdo yarışları keçiriləcək.
24-25 aprel tarixlərinə nəzərdə tutulan 14 və 17 yaşadək cüdoçular arasında Naxçıvan Muxtar Respublikası üzrə region birincilikləri İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutacaq. İlk yarış günündə kəmər imtahanı da təşkil olunacaq. Federasiyanın nümayəndələri və hakimləri də bununla əlaqədar Naxçıvana səfər edəcəklər.
Turnirlərin əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq